Dünya

Fransada koronavirusdan ölənlərin sayı artır

Fransada koronavirus qurbanlarının sayı son bir neçə gündə durmadan artıb.

Belə ki, Fransada COVİD-19 virusu nəticəsində 21 minədək insan həyatını itirib.

Bununla belə xüsusi nəzarət bölməsinə yerləşdirilən virusların sayı azalıb. Fransanın Ümumi Sağlamlıq Təşkilatının rəisi Cerom Salomon bu günədək ölkədə koronavirusa yoluxanların sayının 117 324-ə çatdığını bildirib:

“Bu xəstəlik bir epidemidir. Koronavirus hələ də sürətlə yayılmaqda davam edir. Biz gigiyenik qaydalarına əməl etməliyik”.

Qeyd edək ki, Fransa ümumi karantin rejiminin beşinci həftəsinə girib ki, may ayının 11-dək bu qaydaların icrası davam edəcək. Fransada koronavirus itkilərinin ümumi sayı daha 531 ölüm halının qeydə alınması ilə 20 796-a yüksəlib. Bu statistika Fransanı koronavirus qurbanlarının sayına görə Amerika, İtaliya və İspaniyadan sonra dünyada dördüncü sırada qərarlaşdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button