Dünyaİran

İran Ermənistana 50 ton yardım göndərir

İranın Qızıl Aypara Cəmiyyəti Ermənistana 50 ton humanitar yardım göndərəcək.

Bu barədə “Miran Press” məlumat yayıb.

Yardım Azərbaycan vətəndaşı olmaq istəmədiyi üçün ölkəmizdən gedən ermənilərə veriləcək.

Humanitar yardıma qida, gigiyena vasitələri və geyim daxildir.

Qeyd edək ki, bir neçə gün əvvəl İran parlamentinin erməni əsilli millət vəkilləri bu ölkənin Xarici İşlər Nazirliyində görüş keçirib, ermənilərə yardım istəyiblər.

Bununla yanaşı İranın İrəvandakı səfiri Mehdi Sübhani İran Xarici İşlər Nazirliyinə məktub yazaraq təcili tədbirlər görməyə və Ermənistana humanitar yardım göndərməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button