BölgəDünya

Fransız qoşunları İraqı tərk etdi

Fransa qoşunlarını İraqdan çıxartdığını bildirib.

İraq Xəbər Agentliyinin məlumatına görə, son bir həftədə İraqın qərbindəki Anbar əyalətində hərbi bazalardan koalisiya qüvvələrinin çıxarılması ilə bağlı mübahisəli xəbərlər ortaya çıxıb. General-mayor Əbdülkərim Xələf, Fransa qüvvələrinin İraq ərazisini tərk etməsi ilə birlikdə beynəlxalq koalisiya qüvvələri tərəfindən bir hava bazasının da boşaldıldığını söyləyib.

Qərarın səbəbləri açıqlanmayıb. Çexiya Respublikası da koronavirusun yayılması səbəbi ilə qoşunlarını İraqdan çıxarıb. İraqın Əl-Xəbəriyyə xəbər agentliyi 30 Çexiya əsgərinin A-31 təyyarəsi ilə İraqı tərk edərək Praqa hərbi hava limanına endiyini yazıb.

Qeyd edək ki, Çexiya qüvvələri ABŞ-ın rəhbərlik etdiyi İŞİD terror qruplaşmasına qarşı beynəlxalq koalisiyaya daxilində İraqa yerləşmişdi. İraq Səhiyyə Nazirliyi bu günə qədər 316 nəfərə virusun yoluxduğunu, bunlardan 28-nin öldüyünü söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button