İdmanİran

Fruzan: “Traktor”dan və Təbriz əhalisindən üzr istəyirəm

Aznews.tv xəbər verir ki, ötən mövsümdə “Traktor” Azərbaycan futbol klubunun qapıçısı Möhsün Fruzan “Vərzeş” qəzetinə verdiyi müsahibədə təbrizlilərdən üzr istəyib.

“Traktor” azarkeşlərinin bir çoxu keçən mövsüm klubun uğur qazana bilməməsində Möhsün Fruzanı günahlandırırlar.

Möhsün Fruzan Premyer Liqa oyunlarının əvvəlində yaxşı çıxış etməsinə baxmayaraq, həmyerlisi komanda qarşısında yaxşı oyun göstərə bilməyib və bir neçə kobud səhvləri ilə İran türklərinin məşhur komandasını sıfır xalla Rəşt şəhərində əliboş yola salmağa səbəb olub.

Möhsün Fruzanın “Sepidrud”-“Rəşt” oyununda ölümcül səhvləri, “Traktor” komandasını sarsıdıb və Premyer Liqanın son həftələrində kənarda qalmasına səbəb olub.

Fruzan qalmaqalı “Traktor” futbol komandasının keçən mövsüm cavabsız suallarından biri idi, çünki bu günə kimi klub rəsmiləri Fruzanın mərc oyunlarına görə bilərəkdən qol buraxdığına görə və bu səbəblə “Traktor Azərbaycan” komandasını 3 xala qaytaracağına qərar veriblər.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button