İdmanİran

Futbolu sevən qız özünü yandırdıqdan bir neçə gün sonra həyatını itirdi

Aznews.tv “BBC”yə istinadən xəbər verir ki, “Khabaronline” saytının social şəbəkələrinin yazdığına görə, Tehranın Azadi stadionuna daxil olması ilə bağlı barəsində məhkəmə işi açılmasına etiraz olaraq özünü yandıran qız 9 sentyabr (18 şəhrivər) bazar ertəsi səhər saatlarında Mutəhhəri Xəstəxanasında vəfat edib.

Qızın ailəsinin, eləcə də İslam Respublikasının məhkəmə orqanlarının reaksiyasına dair hələlik məlumat yoxdur.

Qızın adı bəzi mənbələrdə “Səhər X.” qeyd edilib.

Tehranın İstiqlal komandasının azarkeşi olan və sosial mediada “mavi qız” kimi tanınan 29 yaşlı qız bu ilin martında İstiqlal və Əl-Əyn komandalarının oyununu izləmək üçün Azadi stadionuna getdiyi üçün həbs edilmişdi.

“Rukna” saytının yaydığı xəbərə görə, qız həbs edildikdən və Vəramin həbsxanasına köçürüldükdən sonra girov müqabilində sərbəst buraxılır, lakin o, prokurorluğa müraciət etdikdə “altı ay həbs cəzasına məhkum edildiyini eşidir” və “kəskin psixoloji sarsıntı keçirdiyi üçün özünü yandırır”.

Keçən həftə Tehran Ədliyyə İdarəsi bir qadının Tehranın məhkəmə şöbələrindən birinin qarşısında özünü yandırması xəbərini təsdiqləyib, lakin onun stadionda saxlanılmasına toxunmadan, yalnız “uyğun olmayan baş örtüyü” və “dövlət məmurlarını təhqir etmək”də ittiham olunduğunu bildirib.

Bədəninin 90 faizi yanan “Mavi Qız”, son günlərdə Tehranın Mutəhhəri Qəza və Yanıq Xəstəxanasında yatırılmışdı və tənəffüs cihazı vasitəsi ilə nəfəs alardı.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button