Site icon Aznews TV

Füzuli şəhərinə daha 34 ailə yola salınıb

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

ANT xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 34 ailə – 123 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib.

Exit mobile version