Site icon Aznews TV

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı noyabrın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə – 106 nəfər köçürülüb.

Qeyd edək ki, indiyədək Füzuli şəhərinə 308 ailənin, yəni 1 106 nəfərin daimi məskunlaşması təmin edilib.

Exit mobile version