Site icon Aznews TV

Füzulinin daha 88 sakini doğma yurdlarına yola salınıb

Oktyabrın 12-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə – 88 nəfər köçürülüb.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 208 ailə, yəni 749 nəfərin daimi məskunlaşması təmin edilib.

Exit mobile version