Site icon Aznews TV

Füzuliyə növbəti köç karvanı yola salınıb

Ölkənin müxtəlif ərazilərində – yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 13-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə – 112 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 358 ailənin, yəni 1 298 nəfərin daimi məskunlaşması təmin edilib.

Exit mobile version