Site icon Aznews TV

Gələn il Avropa Parlamentində deputatların sayı artırılacaq

Bu barədə “Politico”ya istinadən xəbər verir.

Gələn il keçiriləcək təkrar seçkilərdən sonra Avropa Parlamentində əlavə 15 deputat yeri mövcud olacaq. Dəyişiklik Avropa Şurası və Parlamentinin özü tərəfindən hüquqi təsdiqini tapdıqdan sonra deputatların sayı 705-dən 720-yə çatacaq.

Bu qərardan ən çox Fransa, İspaniya və Niderland faydalanacaq, çünki bu ölkələrin hər biri Avropa Parlamentində iki əlavə mandat alacaq.

Yerlər əhalinin sayındakı dəyişiklikləri nəzərə alan, lakin Aİ-nin ən kiçik üzv dövlətlərini bir qədər üstələyən hesablamaya əsasən bölüşdürülür. (report)

Exit mobile version