Dünya

G20 tarixində ilk dəfə virtual sammit keçirildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı günü videokonfrans vasitəsi ilə G20 Liderləri Fövqəladə Zirvəsinə qatılıb.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan görüşə İstanbuldakı Huber Köşkündən qatılıb.

Ərdoğanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Maliyyə və Xəzinə naziri Berat Albayrak, Rabitə direktoru Fəxrəddin Altun, prezidentin sözçüsü İbrahim Qalın və G20 Türkiyə Şerpa Xeyrəddin Dəmircan müşayiət edib.

Sammit koronavirusla mübarizəyə həsr edilib.

Bildirilib ki, bu gün baş tutan sammitə Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdülzəziz rəhbərlik edir.

Belə ki, kralın çıxışını digər dövlətlərin liderləri və müxtəlif təşkilatların nümayəndələri öz kabinetlərindəki monitorinqdən izləyir.

Qeyd edək ki, daha öncə Səudiyyə Ərəbistanı qlobal koronavirus pandemiyası ilə əlaqədar G20 zirvəsinin toplanmasını təklif etmişdi.

Dünən Kreml sözçüsü Dmitri Peskov Rusiya Federasiyası Prezidenti Vladimir Putinin də G20 zirvəsinə qatılacağını açıqladı.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close