
Bununla bağlı bəyanatda bildirilib ki, sanksiyaların bərpası “İranın Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) çərçivəsində öz öhdəliklərini davamlı şəkildə yerinə yetirməməsinin nəticəsidir”.
Bəyanatda Almaniya, Fransa, Yaponiya, Britaniya, İtaliya, ABŞ və Kanada Tehrana qarşı BMT TŞ-nin qətnamələrində nəzərdə tutulan bütün sanksiyaların və məhdudiyyətlərin bərpa olunmasına sadiqliklərini ifadə ediblər.
G7 ölkələri diplomatiyanın əhəmiyyətini vurğulayaraq İranı aşağıdakı addımları atmağa çağırıblar:
• Gərginliyi artıran addımlardan çəkinmək;
• ABŞ ilə birbaşa danışıqlara dərhal başlamaq;
• Nüvə silahının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməkdə ciddi irəliləyiş nümayiş etdirmək.



