Site icon Aznews TV

G7 ölkələrinin xarici işlər nazirləri İranda nümayişçilərin istəklərinə dəstək verib

Oktyabrın 14-də Berlində keçirilən görüşdən sonra bu nazirlər birgə bəyanat yayıblar.

“Qadınların hüquqları insan haqlarıdır və İran hakimiyyəti qadın və qızların bərabərliyini və insan haqlarından tam istifadə etmələrini vurğulayan beynəlxalq qanunlara əməl etməlidir”,- deyə, bəyanatda yazılıb.

Gender bərabərliyinin universal insan hüququ və demokratik cəmiyyətlərdə əsas dəyər olduğunu bildirən bəyanatda, bütün dünyada qadınların bu hüquq üçün hələ də mübarizə aparmağa məcbur olduğu qeyd edilib.

Exit mobile version