Site icon Aznews TV

Göyçayda xüsusi əməliyyat: 7 nəfər TUTULDU

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ednews-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər rayon sakini- əvvəllər məhkum olunmuş Elçin Məmmədov, İlham Abdullayev və Malik İsgəndərov saxlanılıb.
Sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilərkən heroin və metamfetamin aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitəni İran vətəndaşından onlayn yolla aldıqları müəyyən edilib.
Tanışlar birlikdə Malik İsgəndərova məxsus avtomobillə Bakı şəhərinə gedərək onlara əvvəlcədən göndərilən ərazidən narkotik vasitəni və psixotrop maddəni götürüb geri qayıdarkən Göyçayda polis əməkdaşları tərəfindən saxlanılıblar.
Exit mobile version