
Qar yağması səbəbindən Həşdərinin 120 kəndinin yolu bağlanıb. Məsələ ilə bağlı Həşdərinin fərmandarı Əmin Əminiyan Şərqi Azərbaycan ustanının Radio və Televizyonuna açıqlama verib. Onun sözlərinə görə, qarın hündürlüyü 40 sm-ə çatıb. Hazırda əsas yolların açıq olduğu bildirilir. Şərqi Azərbaycanın Hava durumu idarəsindən verilən məlumata görə, havanın buludlu olacağı, ancaq şərq və güney yönlərində yağış və qar yağacağı gözlənilir