İran

İranda ət və südün qiyməti tezliklə bir neçə dəfə bahalaşacaq

İranın Maldarlar Birliyinin İdarə Heyəti başqanı Fərhad Əkbəri tezliklə ölkədə ət və süd qiymətlərinin dəfələrlə bahalaşacağını deyib.

O, buna səbəb kimi damazlıq heyvanların toplu şəkildə kəsilməsini göstərib.

Əkbərinin sözlərinə görə, bu proses davam edərsə, gələn aylarda ölkədə ət və südün qiymətinin kəskin bahalaşması görünəcək.

O bildirib ki, maldarlar yoxsullaşdıqları üçün heyvanları saxlamağa imkanları yoxdur. Buna görə də son aylar içində damazlıq heyvanlarla birgə heyvan kəsimi yüzdə 20 artıb. Bu isə məsul şəxslərin durumun necə olduğunu düşünməsi üçün ciddi uyarı sayılmalıdır.

Heyvanların yem təminatı ilə yanaşı, son aylarda ölkədə su qıtlığının yaşanması və suyun qiymətinin qalxması da bu prosesə öz təsirini göstərib.

Related Articles

Bir cavab yazın

Back to top button