Site icon Aznews TV

Güney Azərbaycanda fəallar həbs edilib

Sentyabrın 22-i səhər saatlarında İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları müxtəlif şəhərlərdə evlərə basqın edərək aksiyalara qatılanları həbs ediblər.

Verilən məlumatlara görə, saxlanılanlar arasında Ərdəbildə yaşayan Əsgər fəallar Əkbərzadə və Səid Sadiqifərin kimliyini dəqiqləşdirmək mümkün olub.

Təhlükəsizlik məmurlarının sentyabrın 22-i səhər saat 04 radələrində onların evinə basqın etdiyi, fəalların qandallanaraq naməlum yerə aparıldıqları bildirilir.

İnternet və mobil telefon xidmətlərinə məhdudiyyət qoyulduğu üçün başqa saxlanılanlar barədə məlumt almaq çətinləşib.

Exit mobile version