Site icon Aznews TV

Güney Azərbaycanda hektarlarla meşə zolağı yanıb

Bu barədə Sərdəşt bölgəsinin Təbii Sərvətlər və Su Hövzələri İdarəsinin rəisi Rəhmət İbrahimi məlumat verib.

O, yanğının söndürüldüyünü, ancaq meşə zolağının məhv olması ilə yanaşı, 5 kəndin əkin sahələri və bağlarının da yandığını deyib.
Yerli sosial media fəalları hökumətin bölgəyə yetərli yanğınsöndürmə texnikası göndərmədiyi üçün, yanğının ətraf kəndlərin əhalisi vasitəsilə söndürüldüyünü yazıblar.

Qeyd edək ki, Sərdəşt bölgəsi 90 min hektar meşə və 30 min hektar otlaq sahəsinə malikdir və bu baxımdan Qərbi Azərbaycan əyalətində birinci yeri tutur.

Exit mobile version