İdmanİran

Güney azərbaycanlı gənc qız ölkədə 1-ci oldu

Güney azərbaycanlı gənc qız ölkə gənclərinin qılıncoynatma yarşlarında birinci olub.

Aznews.tv xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Qılıncoynatma İdarəsi heyətinin rəisi Aydın Rəhmani məlumat verib.

Oyunlara Urmu ev sahibliyi edib. Gənclərin qılıncoynatma yarışlarının 2-ci günündə Güney azərbaycanlı gənc qız Haniyə Xoşxahi qılıncoynatma yarışının florist bölümündə qızıl medal qazanıb.

Haniyə final mərhələsində Tehrandan olan rəqibi Fatimə Zareini 15-9 hesabı ilə məğlub edərək birinci olub.
Yarışlarda Yəzddən Zəhra Kargəre Şərifabad və Tehrandan Tina Məskəni hər ikisi 2-ci yeri bölüşüblər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close