İran

ZƏNGAN USTANINDA KORONAYA TUTULMA DAVAM EDİR

Zənganda yenə də 6 nəfər koronaya tutulub. Ölənlərin ümumi sayı 132 nəfərdir.
Zənganın Tibb Elmləri Danişqahı Korona ilə Mübarizə Sitadının bildirdiyinə görə ustanda indiyə kimi 1186 nəfərin korona sınağı müsbət çıxıb.
Bu virusa tutlanlardan indiyə kimi 976 nəfəri tam sağalaraq mərizxanadan evlərinə göndərilib.
Hal-hazırda ustanda 249 nəfər mərizxanaya yatırılıb.
Ustanın behdaşti məqamlarının sözlərinə görə, qonşu ustanlarda bu mərizliyin yayıldığını və onların vəziyyətlərinin qırımızı olduqları nəzərə alınmalıdır. Sakinlər behdaşti üsula və ictimai fasilə saxlamağa riayət etməsələr, Zəngan Ustanı da qırımızı ustanlar sırasına keçə və bununla da məhdudiyyətlər yenidən emal oluna bilər.

Related Articles

Bir cavab yazın

Back to top button