Site icon Aznews TV

Güney Azərbaycan şəhərlərində etiraz aksiyası keçirilib

Oktyabrın 2-di səhər saatlarında keçirilən aksiya barədə etitazçılar sosial media hesablarında paylaşım ediblər.

Nazirliyin yerli inzibati binalarının qarşısına toplaşan təqaüdçülər təqaüdlərinin az olduğuna görə narazılıqlarını bildiriblər.

Onlar “hərbçi müdir” istəmirik şüarları səsləndirib, dövlət idarələrində SEPAH komandirlərinin vəzifəyə təyin olunmalarına etiraz ediblər.

Bildirilir ki, etirazçlar inflyasiya ilə gəlirlərin uyğun olmadığını, çoxsaylı məişət problemləri ilə üzləşdiklərini və hakimiyyətin laqeyd münasibətini tənqid ediblər.

Adı çəkilən şəhərlərlə yanaşı, Tehran, Xurrəmabad, İsfahan və başqa bir neçə şəhərdə də oxşar aksiyalar keçirilib.

Exit mobile version