İran

İranda ilk qanuni peyk internet operatoru yaranacaq

İran hakimiyyəti yaxın vaxtlarda İslam Respublikası tarixində fəaliyyəti İran tərəfi ilə əlaqələndiriləcək ilk peyk internet operatoruna lisenziya verəcək.

Baş ofisi Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Yahsat” şirkəti və onun provayderi “YahСlick” İran vətəndaşlarına peyk internet xidmətləri göstərməyə hazır olduğu, İran hökumətinin bu təşəbbüsü dəstəklədiyi bildirilir.

Müvafiq sazişlər dekabrın 15-də İranın Dubaydakı Baş Konsulluğunda və İranın Rabitə Nazirliyinin bir neçə nümayəndəsinin iştirakı ilə imzalanıb.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button