Yayılan son peyk görüntülərində yaşıllıq zolaqlarının məhv edildiyi müşahidə olunur. Ekofəallar nadir ağac növlərinin kəsilməsi və qaçaqmalçılığının SEPAH-yə bağlı qruplar tərəfindən həyata keçirildiyini bildiriblər.
Qeyd edək ki, əksəriyyəti, əsasən, Ərdəbil əyalətinin inzibati ərazi bölgüsü daxilində olan Fındıqlı meşələri təbiət əsəri kimi qeydə alınıb. Buna baxmayaraq, yaşıllıq zolağının qorunması ilə bağlı tədbirlər görülmədiyinə görə meşənin sahəsi əvvəlki illərlə müqayisədə xeyli kiçilib.