Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Güney Azərbaycanda Traxtur tərəfdarları milli şüarlar səsləndiriblər

Dünən Təbrizin Səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” komandası ilə İsfahanın “Sepahan” futbol klubu arasında keçiriləcək oyunda azərbaycanlı tərəfdarlar milli şüarlarla çıxış ediblər:

“Türk dilində mədrəsə olmalıdır hər kəsə!”;

“Azərbaycan var olsun, istəməyən kor olsun!”

“Gəlin verək əl-ələ – Azərbaycan var olsun!”;

“Urmu, Zəngan, Ərdəbil – bu səs Təbrizdən gəlir!”

“Azərbaycan! Azərbaycan!

“Azərbaycan qızları, göylərin ulduzları!

Yaşasın Azərbaycan!”

Qeyd edək ki, Fevralın 27-də yerli vaxtla saat 14:30-da Təbrizin Səhənd (Yadiqari İmam) stadionunda baş tutan qarşılaşma 0-0 hesabı ilə qolsuz başa çatıb.

Bu nəticədən sonra xallarını 46-ə çatdıran “Traxtur” reytinq cədvəlində liderliyini qoruyub saxlayıb.

“Sepahan” 45 xalla 2-ci pillədə qərarlaşıb.

100 minə yaxın tamaşaçının toplaşdığı Səhənd stadionunda Azərbaycan dilində milli şüarlar səsləndirilib.

Azərbaycanlı tərəfdrlar İran parlamentinin qeyri-fars dillərin tədrisi barədə qanun layihəsini təsdiq etməməsinə etiraz olaraq “türk dilində mədrəsə, olmalıdır hər kəsə” və başqa bu kimi şüarlar səsləndiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button