Site icon Aznews TV

Güney Azərbaycanda Traxtur tərəfdarları milli şüarlar səsləndiriblər

“Türk dilində mədrəsə olmalıdır hər kəsə!”;

“Azərbaycan var olsun, istəməyən kor olsun!”

“Gəlin verək əl-ələ – Azərbaycan var olsun!”;

“Urmu, Zəngan, Ərdəbil – bu səs Təbrizdən gəlir!”

“Azərbaycan! Azərbaycan!

“Azərbaycan qızları, göylərin ulduzları!

Yaşasın Azərbaycan!”

Qeyd edək ki, Fevralın 27-də yerli vaxtla saat 14:30-da Təbrizin Səhənd (Yadiqari İmam) stadionunda baş tutan qarşılaşma 0-0 hesabı ilə qolsuz başa çatıb.

Bu nəticədən sonra xallarını 46-ə çatdıran “Traxtur” reytinq cədvəlində liderliyini qoruyub saxlayıb.

“Sepahan” 45 xalla 2-ci pillədə qərarlaşıb.

100 minə yaxın tamaşaçının toplaşdığı Səhənd stadionunda Azərbaycan dilində milli şüarlar səsləndirilib.

Azərbaycanlı tərəfdrlar İran parlamentinin qeyri-fars dillərin tədrisi barədə qanun layihəsini təsdiq etməməsinə etiraz olaraq “türk dilində mədrəsə, olmalıdır hər kəsə” və başqa bu kimi şüarlar səsləndiriblər.

Exit mobile version