Site icon Aznews TV

Güney Azərbaycanın Astara şəhərində şair Cəmşid Əzizi həbs edilib

İnsan haqları fəallarının yaydığı məlumata görə, şair mayın 7-də həbs edilib.

Təhlükəsizlik məmurları Cəmşid Əzizi Nənəkəranı 16 aprel 2022-ci ildə həbs edib, 40 gün dindirdikdən sonra 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxmışdılar.

O, sonradan “hökumətə qarşı təbliğat” və “ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq üçün əlbir olmaq” ittihamlarına görə 4 il yarım həbs cəzasına məhkum edilib.

Exit mobile version