Site icon Aznews TV

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində 243 min ton üzüm yığılacaq

“Əyalətdə üzüm əkini sahələrinin miqdarı 22 min 108 hektardır. Əyalət üzüm əkini sahələrinin miqdarı üzrə respublikada 5-ci yerdədir.

Üzüm buranın ikinci əsas bağ məhsulu sayılır. Ən çox üzüm istehsal edən rayonlar Urmu, Sarıdaş və Qoşaçaydır.

Əyalətdə 30-dan artıq üzüm çeşidi var. Əsasən, toxumsuz ağ, qırmızı və Sarıdaşın qara üzümü becərilir. Cari ildə 95 min tonun, yəni ümumi məhsulun təxminən 40 faizinin qonşu ölkələrə ixrac olunacağı güman olunur.

Məhsulun müəyyən miqdarı da qonşu əyalətlərə ixrac olunacaq”, – deyə sədr əlavə edib.

Exit mobile version