Site icon Aznews TV

Güney Azərbaycanlı uşaqlara doğum haqqında şəhadətnamələrin verilməməsi davam edir

Körpənin valideynlərinin dediyinə görə, Almilə dünyaya gəldikdən sonra bütün səylərə baxmayaraq, Maku Vətəndaş Qeydiyyatı və Ədliyyə Təşkilatı övladlarına “Qızıl alma” mənasını verən bu gözəl türk adını qoymağa imkan vermir.

Körpənin doğum şəhadətnaməsi olmadığı üçün Almilənin valideynləri balaları üçün tibbi xidmətlərdən istifadə edə bilmirlər.

Xatırladaq ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

Exit mobile version