Site icon Aznews TV

Güney Biləsuvarda şagirdlər qaz sızmasından zəhərlənib

Mərkəzin rəhbəri Məcid Məhəmməd Qəribani mediaya verdiyi açıqlamada bildirib ki, əyalətin Biləsuvar şəhərinin məktəblərinin birində qaz sızması nəticəsində 14 şagirdin zəhərlənib.

“Biləsuvar şəhərinin “Fatimiyyə” ibtidai məktəbində qaz sızması nəticəsində məlumat aldıqdan sonra hadisə yerinə göndərilən tibb işçiləri 10-12 yaş arası 14 şagirdi xəstəxanaya köçürüblər”-deyə, o, bildirib.

Qəribani qaz sızmasının güclü olduğu üçün daha çox şagirdin zəhərlənmə ehtimalına görə, həkimlərin onları müayinə etdiklərini söyləyib.

Exit mobile version