Site icon Aznews TV

Güneyli aktivist 14-cü gündür aclıq aksiyası keçirir

Bu müddətdə onun ailəsinə vəziyyəti barədə məlumat verilməyib, eyni zamanda onun ailəsi ilə əlaqə saxlamağı da yasaq edilib.

Cənab Sudbər 14 gün öncə ailəsi ilə bir neçə saniyəlik telefon danışığında aclıq aksiyasına başlayacağını bildirib.

Onun qızı Tarla dekabrın 22-si əlində #Cavad-Sudbər (جواد-سودبر#) haştağını tutaraq, paylaşdığı videoda Azərbaycan xalqından atasının sərbəst buraxılması üçün səsinə səs verməsini  xahiş edib.

Exit mobile version