Site icon Aznews TV

Güneyli azarkeşlər milli şüarlarla çıxış ediblər

Martın 26-da urmiyalı voleybol azarkeşləri Tehranda keçirilən voleybol yarışında Qərbi Azərbaycan əyalətində baş verən son hadisələrə münasibət bildirərək, Azərbaycan millətinin öz qırmızı xətlərindən və tarixi Azərbaycan torpağından zərrə qədər geri çəkilməyəcəyini vurğulayıblar.

Güneyli azarkeşlər “Urmu türkündür, türkün qalacaq!” şüarını səsləndirib, habelə “Urmiya Azərbaycanın ürəyidir!” başlıqlı banner nümayiş etdiriblər.

#GuneyAzerbaycan

Exit mobile version