Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İran-Türkiyə ticarətində geriləmə

Tehranın ticarət otağı 2020-ci ilin ilk yarısında İran-Türkiyə ilə bağlı bir rapor yayınlayıb.
Türkiyənin rəsmi amarına əsasən, 2020-ci ilin ilk yarısında 2 ölkə arasında olan ticarət təqribən 1 milyard dolar olub. Bu rəqəm 2019-cu ilə nisbətən yüzdə 73 geriləmənin olduğunu göstərir. Həmin müddətdə İranın Türkiyəyə sadiratında yüzdə 85, Türkiyənin İrana sadiratında isə yüzdə 45 azalma qeydə alınıb.
Bu ölkələr arasında sadirat dəyərinin azalmasının əsas səbəbi sadir olunan nəftin yüzdə 99-dan çox azalmasıdır. İranın Türkiyəyə sadiratındakı yüzdə 85 azalmanın yüzdə 76-dan çoxu nəft məhsulları qrupuna aiddir.
Türkiyənin rəsmi mənbələrinə görə, 2019-cu ilin ilk yarısında İran və Türkiyə arasında ticarət 3,9 milyard dolara yaxın olub. Bu miqdardan təqribən 1,2 milyard doları Türkiyənin İrana sadiratı, 2,7 milyard doları isə İrandan Türkiyəyə sadirata aiddir.

Related Articles

Bir cavab yazın

Back to top button