Site icon Aznews TV

Güneyli fəal həbs edilib

Bu barədə onun yaxınları məlumat yayıb.

Sentyabrın 9-u səhər saatlarında təhlükəsizlik məmurları tərəfindən saxlanılan fəalın günortadan sonra Təbrizin təhlükəsizlik təcridxanasına köçürüldüyü ildirilib.

Nurməhəmmədi, bir müddət əvvəl qızına türkcə “Hunay” adı seçdiyi üçün sənəd verilmədiyi barədə sosial mediada paylaşımlar edib.

O, paylaşımında bildirmişdi ki, Sofyan şəhərinin Qeydiyyat İdarəsi  Hunay adının İran adları siyahısında olmadığı üçün yabancı ad hesab edildiyini və bu adla sənəd tərtib etməyin mümkün olmadığını deyib.

Mürtəza Nurməhəmmədinin saxlanılma səbəbinin bu paylaşımı ilə bağlı olduğu ehtimal edilir.

Exit mobile version