Site icon Aznews TV

Güneyli məhbus 11 gündür ki, aclıq aksiyasına başlayıb

İlham Həbibi öz İnstagram hesabında yoldaşının Təbrizin Təhlükəsizlik İdarəsində aclığa başladığı barədə məlumat verib.

Xanım Həbibi bütün azadlıqsevər və azərbaycanlı aktivistlərdən beynəlxaql insan haqları qurumlarında onun və həbsdə olan məsləkdaşlarının ədalət səsi olmasını xahiş edib.

O, həmçinin bildirib ki, güneyli məhbus Cavad Sudbərə ailəsi və yaxud qohumları ilə hər hansı əlaqə saxlamağa, hətta telefon əlaqəsinə icazə verilmir. Bu səbəbdən yoldaşının sağlamlığı barədə nigaran qaldığını bildirib.

Qeyd edək ki, Cavad Sudbər və Əli Babai 96 gün, Yürüş Mehrəlibəyli isə 41 gündür ki, Təbrizin Təhlükəsizlik İdarəsində saxlanılırlar.

Exit mobile version