Site icon Aznews TV

Güneyli məhbus jurnalist prokurorluğa çağırılıb

Bu barədə jurnalistin ailəsinə yaxın mənbələr məlumat yayıblar.

Məlumatda bildirilib ki, Nazila Mərufian yenidən dindirilib və barəsində irəli sürülmüş “hökumətə qarşı təbliğat” və “toplaşmaq və əlbir olmaq” ittihamları üzrə son müdafiəsini edib.

O, cari ilin yanvar ayında “ictimai rəyi çaşdırmaq məqsədilə rejim əleyhinə təbliğat aparmaq və yalan məlumatlar yaymaq” ittihamına görə iki il azadlıqdan məhrum edilib.

Exit mobile version