Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Güneyli müəllim elektron qandalla sərbəst buraxılıb

Şərqi Azərbaycan əyalətinin Kəleybər şəhərindən olan müəllim Şükrüllah Qəhrəmanifərd oktyabrın 31-də Əhər həbsxanasından elektron qandalla sərbəst buraxılıb.

Bu barədə məlumat verən yerli fəallar bildiriblər ki, elektron qandal vurulan müəllimin yaşadığı bölgədən 1000 metrdən çox uzaqlaşması qadağan edilib.

Dinc mədəni fəaliyyətlərlə məşğul olan Şükrüllah Qəhrəmanifərd “sosial mediada qanunsuz fəaliyyət”, “hökumətə qarşı təbliğat və millətçilik” və “müqəddəsləri təhqir etmək” ittihamlarına görə 1 il azadlıqdan məhrum edilmişdi.

Kəleybərli müəllim ailəlidir və 3 övlad atasıdır.

Böyük oğlu Yaşar Bakı Dövlət Musiqi Akademiyasında, qızı Mavi Naxçıvan Tibb Elmləri Universitetində, kiçik oğlu Araz isə Kəleybərdə ibtidai məktəbdə təhsil alır

Related Articles

Bir cavab yazın

Back to top button