Site icon Aznews TV

Güneyli sənətçi Jila İbrahimi sərbəst buraxılıb

İyulun 1-də Təbrizdə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq J. İbrahimi 500 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Güneyli sənətçi  iyulun 1-də İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Təbriz bölməsinə çağrılaraq dindirilib.

O, dindirildikdən sonra “sosial mediada rəqs foto və videolarını yaymaq” ittihamı ilə Təbriz zindanına köçürülüb.

Qeyd edək ki, Jila İbrahimi Azərbaycan rəqsi müəllimidir və Təbrizin “Saz-Söz” mədəni dərnəyinin fəall üzvlərindəndir.

Exit mobile version