Dünya

Gürcüstanda koronavirusa yoluxanların sayı 214 nəfərə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 214 nəfərə çatıb.

Aznews.tv xəbər verir ki, bu haqda məlumat xəstəliyin monitorinqi üçün yaradılan xüsusi veb saytda qeyd olunub.

Gürcüstan hakimiyyəti koronavirusun yayılması ilə əlaqədar aprelin 21-dək ölkədə fövqəladə vəziyyət elan etdi.
Ölkənin böyük şəhərlərində hərbi keçid məntəqələri qurulub. Bir gün əvvəl 211 yoluxma hadisəsi qeydə alınıb.
Məlumatda bildirilir:

“214 təsdiqlənmiş koronavirus faktı qeydə alınıb, onlardan 50-si sağalıb, 3-ü ölümlə nəticələnib, 4559 nəfər karantin rejimindədir, 353 nəfər isə ciddi nəzarət altındadır”, – deyə veb-saytda bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button