Cəmiyyətİran

Həbs edilən həddi-buluğa çatmayan etirazçılar həbsxanada pis durumdadır

Etirazlar aksiyalarının baş verməsindən iki həftə keçməsinə baxmayaraq hakimiyyət hələ də həbs olunanların sayını açıqlayıb, məhbusların, xüsusən də həbsdə olan uşaqların pis şəraitdə saxlanıldığı ilə bağlı məlumatlar yayılıb.

Aznews.tv xəbər verir ki, “Hengaw” İnsan Haqları Təşkilatı həddi-buluğa çatmayan 3 qardaşın Kermanşahda saxlanıldığı, ailələrinin onlardan məlumatsız olduğunu bildirir.

Xuzistan ustanında da bəzi məhbusların 18 yaşına çatmaması ilə bağlı məlumatlar var.

Qeyd edək ki, məhbusların saxlandığı “Faşafuye” və ya “Böyük Tehran” həbsxanasında vəziyyətin pisləşməsi ilə bağlı xəbərlər yayılmışdı.

Məsələn, Rey Şəhər Şurasının sədri Həsən Xəlilabadi məhbus etirazçıların çox çətin vəziyyətdə olduğunu bildirərək, Faşafuyeh həbsxanasının lazımi imkanlarının olmadığını qeyd edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close