Site icon Aznews TV

Həbsdə olan təbrizli fəal Arəş Əhmədi Əkbəri barədə məlumat verilmir

Sentyabrın 22-də Təbrizin Cənubi Şəriəti məhəlləsində evlərinin qarşısında təhlükəsizlik məmurları tərəfindən saxlanılan 25 yaşlı fəal Arəş Əhmədi Əkbərinin talei barədə heç bir məlumat verilmir.

Hökumət orqanları onun ailəsinin müraciətlərii cavabsız qoyub və gənc fəalın nədə ittiham olunduğu və harada saxlanıldığı haqda açıqlama verməkdən imtina edirlər.

Arəş Əhmədi Əkbəri ailəsi onun sağlıq durumundan nigəran olduqlarını bildirir, rəsmi məlumat verilmədiyi üçün övladlarının həyatda olub-olmaması barədə şübhələrinin artdığını söyləyiblər.

Exit mobile version