CəmiyyətDünyaİran

Həmədan Ədliyyə İdarəsinin rəis müavini: Həmədanda 15 yaşadək qızların təxminən 1600 nikahı qeydiyyata alınıb

Həmədan Ədliyyə İdarəsinin Cinayətlərin Qarşısının Alınması üzrə rəis müavini deyib: Ötən il Həmədanda 15 yaşadək 1596 qızın nikahı qeydiyyata alınıb ki, onlardan 60-ı sonda boşanma ilı nıticələnib.
“Statistikaya görə, minimum boşanma səviyyəsi 15 yaşadək olan cütlüklər arasında qeydə alınıb”,- deyə Səid Qolestani cümə axşamı günü İRNA agentliyinə açıqlamasında bildirib.
O əlavə edib: “Həmədanda 24-29 yaş arası cütlüklər arasında 3800 nigah qeydə alındığı halda, bunlardan 800-ü boşanma ilə nəticələnib və bu iki statistik rəqəmin müqayisəsi 15 yaşadək cütlüklər arasında daha çox uyğunluq olduğunu göstərir”.
Ədliyyə İdarəsinin rəsmisi Həmədanda 15 yaşadək qızlar arasında evlənmə hallarının yayılmasınin amilləri ilə bağlı deyib: “Kəndlilər hesab edir ki, oğlanlar yetkinlik yaşına çatdıqda iş tapmaq üçün yaşayış yerlərini tərk edir və onların şəhər mühitində olması kəndli bir qızla evlənmək istəmədiklərinə səbəb olur”.
“Habelə qonşu kəndlərdən elçilik üçün başqa kəndlərə getmək adət deyil, buna görə, qızlar məcburi olaraq kiçik yaşlarda ərə verilir, çünki əgər yaşları 15-i ötsə, artıq kimsə onunla evlənmək üçün onlara elçi getmir”,- deyə Qolestani əlavə edib.
O qeyd edib: “15 yaşlı qızlar ailə həyatını idarə edəcək yaşda deyillər və həyatın məşəqqətləri, mənəvi-psixoloji təzyiq qıza əzab verir; Bu baxımdan, daha yuxarı yaşda həyatı daha da dərk edib başa düşərək ailə qurulsa, daha yaxşıdır”.
Həmədan Ədliyyə İdarəsinin rəsmisinin sözlərinə görə, 12-13 yaşında bir qız ailə həyatı haqqında düzgün anlayışa sahib deyil, lakin icbari olaraq ailə həyatına dözmək məcburiyyətində qalır.
“12 yaş, uşağın oynamaq yaşıdır, ərə gedib övlad sahibi olmaq yaşı yox, lakin ailə adət-ənənələri bu kimi nikahlara rəvac verir ki, bu da uşaqlarda bir sıra problemlərə yol açır”.

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close