
Ölkədə il ərzində 60 milyard siqaret çəkilir. Bu isə İranda hər il 60 min insanın ölümünə səbəb olur.
Aznews.tv xəbər verir ki, bu sözləri Tütünlə Mübarizə İcmasının baş katibi Məhəmməd Rza Məscidi “Tütünsüz həftə” ərəfəsində danışarkən deyib. O bildirib ki, “İzn vermə tütün nəfəsini tutsun” şüarı “Tütünsüz həftə” tədbirinin əsas şüarıdır:
“İranda siqaretə gündə azı 20 milyard tümən sərf edilir. 60 min milyard tüməndən yaranan xəstəliklərə xərclənilirsə, cari xərcləri də əlavə etdikdə 100 min milyard tümən təşkil edir. Siqaret, xüsusilə, qəlyan səbəbindən dolayı qarşıdakı illərdə ağciyər problemləri arta bilər. Gənclərin və qadınların da çəkdiyi nəzərə alsaq bunun ciddi risq olduğunu düşünməliyik.
Aznews.tv