Site icon Aznews TV

Həbs olunmuş güneyli aktivistlərlə bağlı məlumat verilmir

Kərəm Mərdanə, Əbdülə Əziz və Əzimi Qədimin həbs olunmalarından 1 aydan artıq keçdiyinə baxmayaraq, işlərinə aydınlıq gətirilmədən 38 gündür hələ də Tehran şəhəri Evin Həbsxanasının 209-cu palatasında qeyri-müyyən vəziyyətdə saxlanılırlar.

Həmçinin Evin Həbsxanasında həbs olunan Ayaz Sefxahın qardaşı Əhəd Seyfxah da 10 gündür saxlanılsa da, müvafiq orqanlar tərəfindən vəziyyəti barədə məlumat verilmir. Ailəsinin bildirdiyinə görə, onlar Təbriz şəhərində dəfələrlə məhkəmələrə və prokurorluq şöbələrinə müraciət ediblər. Lakin heç bir qaneedici cavab verilməyib. Həmçinin onunla telefon əlaqəsi və görüşə də icazə verilmir.

#GuneyAzerbaycan #millifeal

Exit mobile version