Site icon Aznews TV

Həmədan banklarında hicabsız qadınlara xidmət göstərilməyəcək

Bu barədə Həmədan əyalətinin valisi Əlirza Qasimi Fərzad təklif irəli sürüb.

O, aprilin 7-də “hicabsızlıqla mübarizə” mövzusunda keçirilən toplantıda İran rəsmilərinin məcburi hicab qaydalarını pozanlara qarşı iddialarını təkrar edib və onları “düşmən” adlandırıb.

“Banklar hicab qaydalarına riayət etməyən insanlara xidmət göstərməsin”,- vali təklif verib.

Qeyd edək ki, son aksiyalar zamanı İranda məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.

Etiraz aksiyalarının səngidiyindən sonra, xüsusən son günlər məcburi hicab qaydalarına riayət edilməməsi və oruc tutulmamasına görə onlarla iş yerinin fəaliyyətinə qadağa qoyulub.

Exit mobile version