Cəmiyyətİran

“Həmədan” vilayətində 6 günəş elektrik stansiyası istifadəyə verildi

Müdafiə nöqteyi-nəzərindən kiçik miqyaslı və pərakəndə elektrik stansiyaları olduqca əlverişlidir.

Aznews.tv “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri Su və İşığın Nizamlaması Şurasının sədri Məhəmməd Mehdi Şəhidi mülki müdafiə üzrə keçirilən təlimdəki çıxışı zamanı deyib.

“Su və işıq təsisatları təbii fəlakətlər, hərbi hücumlar və kiber hücumlar nəticəsində sıradan çıxa bilər. Su və işığı təmin edən orqanların əsas vəzifələri bu zəruri xidmətlərin davamlı formada təmin etməsidir. Mülki müdafiədə görülən tədbirlərdən biri işıq və su təsisatlarının pərakəndə olmasıdır. Bu sahədə indiyə qədər Həmədan vilayətində 6 günəş elektrik stansiyası və 4 kiçik miqyaslı digər elektrik stansiyaları istifadəyə verilib. Təbii fəlakətlər baş verəndə zəruri tədbirlərin görülməsi vacibdir. Baş verən hadisələr, əslində, pis hadisə hesab olunmur. Lakin biz tərəfdən vaxtında lazımı tədbir görülmədiyi üçün bir faciəyə çevrilir”, Şəhidi bildirib.

Qeyd edək ki, cari ildə keçmişdə şahidi olmadığımız yağıntılar baş verib. Yağıntılar ölkənin hər yerində müşahidə edilsə də, qərb zonasında, o cümlədən, Həmədan vilayətində bir çox dağıntılara səbəb oldu. Daşqınlar nəticəsində bir çox su və işıq xətləri sıradan çıxdı və bu bəzi qurumları bu barədə yenidən düşünməyə vadar etdi. Belə ki, təbii fəlakətlərlə üzləşmək üçün təlimlər keçirilir və başqa tədbirlərin görülməsi iddia edilir.

Related Articles

Bir cavab yazın

Back to top button