İran

Ərdəbildə kartof toxumunun istehsalı genişləndiriləcək

Ərdəbil yeralma toxumu tolidində qabaqcıl mövqeyə sahibdir. Bölgə əkinçiliyində istifadə olunan Mini Tyuber yeralma toxumundan bol məhsul əldə etmək mümkündür. Ancaq yerli əkinçilər Ərdəbildə tolid olunan toxumun heç də bəhrəli olmadığı bildirir. Əkinçilər deyir ki, sözügedən toxum tez məhv olduğundan əkinçilikdə başqa əyalətlərdən alınan toxumdan istifadə olunur. Məsələ ilə bağlı Ərdəbil Əyaləti Əkin Öyrətmə və Təbii Qaynaqlar Təhqiqat Mərkəzi Elmi timinin üzvü Davud Həsən Pənah açıqlama verib. O, illik 2 milyon yeralma toxumunun tolid olunacağını bildirib.
Bölgədə yeralma toxumunun tolidi ilə məşğul olan şirkət müdiri Əli Ərdəbili deyib ki, əyalət yeralma toxumunun tolidində ilk sırada durur. Ərdəbildə keyfiyyətli toxumun becərilməsi yönündə önəmli işlərin icrası planlaşdırılır. Bununla da həmin toxumların xarici ölkələrə də sadiratı nəzərdə tutula bilər.
Ərdəbil Vilayəti Cahad Kişavərzi Sazimanın rəisi Hüseyn Əhədi Alinin sözlərinə görə, tolid olunan toxumlar yüksək standartlara cavab verməklə yanaşı, məhsuldarlığın gəlişməsinə də müsbət təsir göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button