
Bu barədə “Voll Strit Jurnal” Misir rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, HƏMAS hərbi əməliyyatlarda əhəmiyyətli fasilə müqabilində girovların bir qismini azad etməyə hazırdır:
“Bu təşəbbüs HƏMAS-ın mövqeyindəki əhəmiyyətli dəyişikliyi göstərir”.
Qeyd olunur ki, HƏMAS həftələrdir israr edir ki, girovlarla bağlı danışıqları yalnız anklavda münaqişəyə son qoyacaq hərtərəfli razılaşmanın bir hissəsi kimi aparacaq.