Site icon Aznews TV

Hər gün azı 10 İran PUA-sını vururuq – Zelenski

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, İran rejimi PUA-ları tammiqyaslı işğal başlamazdan əvvəl Rusiyaya verib.

“Biz dəqiq bilirik ki, iranlı təlimatçılar rusiyalı terrorçulara pilotsuz uçan aparatlarından istifadə etməyi öyrədiblər, Tehranda isə bu barədə ümumiyyətlə susurlar”, – Zelenski vurğulayıb.

Qeyd edək ki, İran Rusiyaya pilotsuz uçuş aparatları (PUA) tədarük etdiyini etiraf edib.

Exit mobile version