
Hacılarçay səddinin suyu Vərziqanda balıq məhsulları müctəməsi və gülxana məhsulları şəhərciyinin salınması üçün ayrılacaq. Tərhlərin icrası balıq məhsullarının bolluğuna səbəb olacaq. Bu barədə Şərqi Azərbaycanın Cahad Kişavərzi Sazimanın rəisi məlumat verib. Əkbər Fəthi Şərqi Azərbaycan ustandarının ümran işləri müavini Cavad Rəhməti, Vərziqan vilayətinin fərmandarı, Xarvananın bəxşdarı, şəhrdar və İslami Şura Məclisinin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda çıxış edib. O, səddin bölgənin sənaye tərhləri və projələrinin su ilə təmin edilməsi məqsədilə salındığını deyib. “Culfa vilayətində gülxananın hər bir hektarında ortalama 400-450 ton məhsul becərilir. Gülxanaların salınması sərmayə yatırımcılarının diqqət mərkəzindədir. Gülxanaların balıq bəsləmə suyu ilə təmin edilməsinin köndü öyrənilir. Beləliklə, sərmayə yatırımcılarının xərclərinin azaldılması nəzərdə tutulub. Su sazimanı su istifadəsinin miqdarını 10 milyondan 15 milyon metrə-mükəəb artırmaq öhdəliyi götürüb. Bununla da əkin projələri üzrə su çatışmazlığı müşkülü həllini tapacaq”,-deyə Əkbər Fəthi qeyd edib.