Site icon Aznews TV

Haitidə güclü yağışlar 15 nəfərin ölümünə səbəb olub

Məlumat Karib hövzəsi ölkələrinin Mülki Müdafiə İdarəsi tərəfindən dərc edilib.

Reporun məlumatına görə, idarə qeyd edib ki, təbii fəlakət zonasından 13 mindən çox insan təxliyə edilib, 1,2 mindən çox evi qismən su basıb.

Yerli hakimiyyət orqanları zərərçəkənləri qida, gigiyena vasitələri və dərmanlarla təmin edir.

Exit mobile version